Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda çıxışını dayandırıb.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz turnirin III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gəlib.
Mingəçevir şəhərində təşkil edilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 34:19.
Xatırladaq ki, ötən gün baş tutan ilk görüşdə "Qarabağ" 20:33 hesabı ilə uduzub.