“Qəbələ”nin 2024/25-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Bildirilib ki, bu görüşlərdəki rəqiblər və matçların tarixi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.