2027-ci ildə UEFA Superkuboku və ya UEFA Konfrans Liqasının finalı Qazaxıstanda təşkil edilə bilər.

Offsideplus.az xəbər verir ki, bununla bağlı Qazaxıstan Futbol Federasiyasının prezidenti Marat Omarov məlumat verib.

O bildirib ki, artıq UEFA-ya rəsmi müraciət ünvanlanıb. 

Oyunun Astana və ya Almatı şəhərində keçirilməsi mümkündür. 

Bundan başqa, Qazaxıstan UEFA-nın Konqresini də təşkil etməyə hazırdır. Üstəlik, ölkədə 19 və 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatını keçirməyə şərait yaradılıb.

Qeyd edək ki, UEFA Superkuboku bu il avqustun 13-də PSJ və "Tottenhem" arasında İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçiriləcək.