"Barselona"nın futbolçusu Pau Kubarsi İspaniya milli komandasının toplanışına dərs kitablarını da aparıb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı müdafiəçi universitetə qəbul olmaq üçün çalışmağa orda da davam edəcək.
Onun qəbul imtihanı 11-13 iyun tarixlərində olacaq.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Qeyd edək ki, İspaniya yığması iyunun 5-də Millətlər Liqasının yarımfinal matçında Fransa ilə üz-üzə gələcək.
Kubarsi cari mövsüm katalon klubunu heyətində 56 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.