Böyük Britaniyanın "Goal" nəşri "qızıl top"a namizədlərin yenilənmiş reytinqini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, siyahıya PSJ-nin ulduzu Lionel Messi başçılıq edir.
İkinci yerdə “Mançester Siti”nin hücumçusu Erlinq Haaland, üçüncü pillədə isə PSJ-nin digər üzvü Kilian Mbappe qərarlaşıb.
İlk "20-lik":
1. Lionel Messi (PSJ, eyni mövqedə qalıb);
2. Erlinq Haaland ("Mançester Siti", eyni mövqe);
3. Kilian Mbappe (PSJ, eyni mövqe);
4. Vinisius Junior ("Real Madrid", keçmiş 5-ci);
5. Kərim Benzema (Real Madrid, keçmiş 13-cü);
6. Viktor Osimhen ("Napoli", keçmiş 4-cü);
7. Xviça Kvaratsxeliya ("Napoli", keçmiş 6-cı);
8. Kevin de Bruyne ("Mançester Siti", keçmiş 17-ci);
9. Markus Raşford ("Mançester Yunayted", keçmiş 7-ci);
10. Robert Levandovski ("Barselona", keçmiş 10-cu);
11. Kazemiro ("Mançester Yunayted", keçmiş 9-cu);
12. Bruno Fernandes ("Mançester Yunayted", ilk dəfədir siyahıya düşür);
13. Bukayo Saka ("Arsenal", keçmiş 10-cu);
14. Nikolo Barella (“İnter”, ilk dəfə);
15. Julian Alvares (Mançester Siti, keçmiş 19-cu);
16. Camal Musiala (Bavariya, keçmiş 11-ci);
17. Cude Bellinqhem (Borussiya Dortmund, keçmiş 12-ci);
18. Mayk Menian ("Milan", ilk dəfədir);
19. Martin Odegaard ("Arsenal", keçmiş 16-cı);
20. Cek Qreliş ("Mançester Siti", ilk dəfədir)