“ZƏFƏR KUBOKU” üzrə 2-ci turun oyunları ötən həftənin şənbə və bazar günləri baş tutub.
Offsideplus.az xəbər verir ki, "Xocavənd" komandası "Balaxanı"ya qarşı oyunun son 15 dəqiqəsində 3 qol vuraraq əzmkar qələbə qazanıblar.
"Gənclər FM" və "Atletik Bakı" komandaları arasında baş tutan matç 4:4 hesabı ilə yekunlaşıb. Heyətləri əsasən gənclərdən təşkil olunan komandalar sona qədər əzmkar mübarizə aparmaqla hesablarına 1 xal əlavə ediblər.
Həftənin mərkəzi maçında birinci turdan sonra aktivlərində 3 xal olan "Çinar Zəngilan" və "Topçular" üz-üzə gəlib. Oyunun 2-ci hissəsində “Zəngilan”lılar hesabı 4:1-dən 4:3-ə çatdırmağı bacarsalar da, maç sonunda sevinən tərəf "Topçular" olub.
Qeyd edək ki, 2-ci turdan sonra "Topçular" 6 xalla “ZƏFƏR KUBOKU”nun vahid lideridir. Hesablarında 3 xal olan "Çinar Zəngilan" və "Xocavənd" komandaları müvafiq olaraq 2-ci və 3-cü yeri bölüşürlər.
Nəzrinizə çatdıraq ki, oyunlar "Şəfa stadionu"nun 4-cü meydanında həftənin şənbə və bazar günləri axşam saatlarında (7-11 PM) baş tutur. Giriş pulsuzdur.
03.09.2022 (21:00)
Balaxanı FK 2:4 Xocavənd FK
04.09.2022 (19:30)
Gənclər FM 4:4 Atletik Bakı
04.09.2022 (21:00)
Topçular FK 4:3 Çinar Zəngilan