İsveç Futbol Assosiasiyası Qətərdə keçiriləcək dünya çempionatının pley-off turnirində Rusiya yığmasıyla mümkün oyunda iştirakdan imtina etməyi qərara alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı informasiya yayıb
DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Rusiya yığması Polşa ilə qarşılaşacaq. Cütlüyün qalibi finalda İsveç və ya Çexiya ilə qarşılaşacaq.
Xatırladaq ki, bundan əvvəl Polşa millisi DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə matçdan imtina edib.