AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimova UEFA tərəfindən verilmiş cəzanı şərh edib.

Offsideplus.az xəbər verir ki, milli assosiasiya rəsmisi Avropa futbol qurumunun çox ağır cəza verdiyini bildirib.

"Bu, təkcə irqçiliyə görə deyil, digər məsələlər də var idi. Başqa söz demək istəmirəm. İş apellyasiya məhkəməsindədir. Nə isə deməyim prosesə mənfi təsir edə bilər. Peşəkarlar bunun üzərində işləyirlər".

E.Məmmədovun fikrincə, "Qarabağ"a kəsilən 100 min avroluq cərimə də həddindən artıq yüksəkdir: "Bununla bağlı da UEFA-ya müraciət olunub".