İrlandiya Futbol Assosiasiyası (FAI) milli komandanın baş məşqçisi Stiven Kenniyə qarşı araşdırmalara başlayıb.

Offsideplus.az xəbər verir ki, buna 49 yaşlı mütəxəssisin İngiltərə ilə yoldaşlıq görüşündən öncə futbolçulara rəqib əleyhinə siyasi xarakterli motivasiya videosu nümayiş etdirməsi səbəb olub. Görüntülərdə İngiltərə ilə tarixi münasibətlər əksini tapıb.