"Boka Xuniors" klubunun əsas transfer hədəfi Leandro Paredesdir.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət irəliləyir. Keçidin bitməsi üçün son addımların atılmağı qalıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Boka Xuniors" yetirməsi olan Paredes 2014-cü ildə komandadan ayrılıb. O, yenidən doğma klubuna qayıtmaq istəyir.