Xəbər verdiyimiz kimi, "Neftçi" "Trabzonspor"un futbolçusu Murat Cem Akpınarı transfer etmək istəyir.
Offsideplus.az "61saat" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi üçün Super Liqa klubuna 500 min dollar təklif edib,
Lakin qarşı tərəfin cavabı hələlik məlum deyil.
Həmçinin 25 yaşlı futbolçunu "Antalyaspor", "Sakaryaspor", "Bandırmanspor" və "Kocaelispor" da rənglərinə qatmağı düşünür.
Azərbaycan pasportu olan oyunçu daha əvvəl U-17 yığmamızda forma geyinib.
Son mövsümü icarə əsasında "Sakaryaspor"da keçirən Akpınar 29 matçda 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.