"Trabzonspor"un futbolçusu Murat Cem Akpınar karyerasını Azərbaycanda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Hasan Tuncel məlumat yayıb.
Qeyd olunur ki, yarımmüdafiəçi ilə "Neftçi" maraqlanır. Həmçinin 25 yaşlı futbolçunu "Antalyaspor", "Sakaryaspor", "Bandırmanspor" və "Kocaelispor" transfer etmək istəyir.
Azərbaycan pasportu olan futbolçu daha əvvəl U-17 yığmamızda forma geyinib.
Son mövsümü icarə əsasında "Sakaryaspor"da keçirən oyunçu 29 matçda 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.