İspaniyalı müdafiəçi Lukas Vaskes "Real Madrid"in hücumçusu Vinisius Juniorun tənqid olunmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Vaskes Vinisiusun hazırda çətin dövr keçirdiyini deyib: "Hazırda elə bir vəziyyətdir ki, onun etdiyi hər bir hərəkət tənqid olunur. Mən onu yaxşı tanıyıram və əminliklə deyə bilərəm ki, az oyunçu "Real Madrid"in rənglərini onun qədər dərindən hiss edir. Son dörd-beş ildə komandanın əsas futbolçularından biri olub və bu səviyyəni daim qorumaq asan deyil. Amma bir an belə şübhə etmirəm ki, o, yenidən dünya səviyyəli oyunçu kimi özünü göstərəcək".
Vaskes "Santyaqo Bernabeu"da Vinisiusun fitə basılmasına da toxunub: "Son vaxtlar futbolçuları fitə basmaq tendensiyası yaranıb və bu, təkcə Vinisiusa deyil, digər oyunçulara da aiddir. Onun vəziyyətində bu, tamamilə ədalətsizdir. Hər oyunda əlindən gələni edir, daim driblinqə gedir və bütün gücünü sərf edir. İnanıram, hətta əminəm ki, oyunu ilə hər şeyi dəyişəcək və indi onu fitə basanlar sonda ona alqışlayacaqlar".


