İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen "Mançester Yunayted"də baş məşqçi postuna Maurisio Poçettinonun təyin olunmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Ouen klubun idarəetmə strukturunun nəticələrə təsirini xüsusi vurğulayıb:
"O, şübhəsiz, çox yaxşı mütəxəssisdir. Mənə həm insan, həm də məşqçi kimi çox xoşdur. Amma son 10-15 ildə bu kluba başqa görkəmli məşqçilər də gəlib. Əsas sual budur: bunun ümumiyyətlə əhəmiyyəti varmı? Kim gəlir-gəlsin — Karrik, Poçettino və ya başqası — məncə, əsas məsələ budur. Axı son 15 ildə bu, heç nəyi dəyişməyib, elə deyilmi? Hər şey əvvəlki kimi qalıb. Poçettino Mourinyo, van Qal, Sulşer, Moyes, Amorim və digərlərindən fərqli olacaqmı? Onların hamısı böyük ümidlərlə gəlmişdi — indi Poçettino kimi. Amma əsas sual başqadır: indiki quruluşda bu klubda ümumiyyətlə kiminsə uğur qazanması mümkündürmü?"
Qeyd edək ki, 10 turdan sonra "Mançester Yunayted" Premyer Liqada 18-ci pillədə qərarlaşıb.


