Uels millisinin baş məşqçisi Kreyq Bellami UEFA Millətlər Liqasında Portuqaliya ilə keçiriləcək oyundan əvvəl Kriştianu Ronaldunun milli karyerasını bitirməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis portuqaliyalı ulduzun futbol tarixində silinməz iz qoyduğunu vurğulayıb:

"Kriştianu Ronaldu? Onun dəyərini bilin. Oyununu izləmək şansımız olduğu üçün minnətdar olun. Mən minnətdaram. Siz, portuqaliyalı azarkeşlər isə ölkənizi təmsil etdiyi üçün ona daha çox təşəkkür etməlisiniz. O, futbolda əbədi qalacaq bir iz qoydu".

Qeyd edək ki, 41 yaşlı hücumçunun yığmadan gedişi qalmaqalla müşayiət olunub. Noyabrın əvvəlində baş məşqçi Jorje Jezuşla yaşanan münaqişədən sonra Danimarka ilə oyundan öncə düşərgəni tərk edən Ronaldu Portuqaliya Futbol Federasiyası tərəfindən 30 günlük diskvalifikasiya və 255 avro cərimə ilə cəzalandırılıb. Bundan qısa müddət sonra o, milli karyerasını bitirdiyini açıqlayıb.

Ronaldu Portuqaliya yığmasında keçirdiyi 234 oyunda 146 qol vuraraq kişi futbolunda dünya rekordlarına imza atıb. O, millidəki son matçını sentyabrda məhz Uelsə qarşı (1:0) keçirib.