Braziliya millisinin sabiq qapıçısı Dida Ronaldinyonun 11 ildən sonra ilk rəsmi oyununa çıxması barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 46 yaşlı Ronaldinyo bazar günü "Ravenna"nın heyətində "Forli"yə qarşı keçirilən C Seriyası matçında start heyətində meydana çıxıb və bir hissə oynadıqdan sonra fasilədə əvəzlənib. O, meydan sahiblərinin ilk qolunda iştirak edib.
Dida bildirib: "Karyerasını başa vurduqdan 11 il sonra bu qədər insanın onu izləməyə gəlməsi heyrətamizdir. Belə bir hadisənin şahidi olmaq tarixi bir an deməkdir. Ronaldinyo bunu tamamilə haqq edir. O, meydanda və meydandan kənarda həmişə əsl şoumen olub. Futbola olan ehtirası hələ də onun üzündə görünür. Təəssüf ki, illər öz sözünü deyir, amma bu gün də ondan nələrsə görmək mümkündür. O, 'Qremio'da oynayanda biz hələ çox gənc idik, amma onun topa münasibəti və improvizasiya bacarığı dərhal seçilirdi. Bu keyfiyyətlər bütün karyerası boyu onunla qalıb. Ronaldinyo üçün başqaları üçün mümkün olmayan şeylər asan idi. Məşqlərdən sonra o, tez-tez mənimlə sərbəst zərbələr üzərində işləyirdi".


