İspaniya millisinin qapıçısı Unai Simon İngiltərəyə 2:3 hesabı ilə uduzduqları Millətlər Liqası oyununu dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Simon qarşılaşmadan sonra bunları deyib:
"Rəqib bizi üstələdi, onlar çox aqressiv birə-bir oyuna üstünlük verdilər. Bizdən sona qədər mübarizə aparmaq tələb olunurdu və bunu inadla etdik. Bu məğlubiyyət hansı sahələrdə işləməli olduğumuzu anlamağa kömək edir. Hələ pley-off mərhələsi deyil, ona görə də nəticə çıxarmaq və martda daha yaxşı oynamaq üçün vaxtımız var".


