Enso Fernandesin "Mançester Siti"yə transferi rəsmiləşmək üzrədir.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" 25 yaşlı yarımmüdafiəçinin keçidi üçün "Çelsi" ilə prinsipial razılıq əldə edib. Futbolçunun yaxın saatlarda Mançesterə yollanacağı gözlənilir.

Ötən mövsüm Fernandes Premyer Liqada 36 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.