Azərbaycanın qarışıq döyüş növləri (MMA) təmsilçisi Fərman Həsənov UFC-də növbəti sınağına çıxmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, idmançımız oktyabrın 31-də keçiriləcək döyüş gecəsində erməni əsilli ABŞ döyüşçüsü Jan Pol Lebosnoyani (Jean Paul Lebosnoyani) ilə üz-üzə gələcək.

Yarımorta çəki dərəcəsində mübarizə aparan F.Həsənov UFC təşkilatındakı debüt matçına bu ilin iyun ayında Bakıda təşkil olunan turnirdə çıxıb. Milli Gimnastika Arenasında baş tutan həmin qarşılaşmada təmsilçimiz rəqibi Erik Nolana heç bir şans verməyərək dominant qələbə qazanmışdı.

Məğlubiyyəti olmayan 31 yaşlı idmançının aktivində 6 qələbə var.