Braziliyalı hücumçu Gabriel Jezus "Arsenal"dan "Barselona"ya transferi ərəfəsində dizinin tam sağlam olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, 31 avqustda futbolçu transferin yekunlaşması üçün Barselonaya gəlib. Kataloniya klubu Jezusun transferi üçün 10+4 milyon avro ödəyəcək.
Hava limanında jurnalistlərə açıqlama verən Jezus deyib: "Mən xoşbəxtəm. Dizim əla vəziyyətdədir. Titullar qazanmaq istəyirəm".
Qeyd edək ki, 2025-ci ilin qışında Jezusun sol dizinin ön çarpaz bağında zədə aşkarlanmışdı.


