Bleacher Report NBA oyunçularının yaş kateqoriyalarına görə ən yaxşılarını müəyyənləşdirib. Reytinqə əsasən, 20 yaşlılar arasında "San Antonio Spurs"un gənc istedadı Dilan Harper birinci yeri tutub. "Bruklin Nets"in oyunçusu Yeqor Dyomin isə bu yaş qrupunda əsas namizədlərdən biri kimi göstərilib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlılar arasında Viktor Vembanyama, 23 yaşlılar sırasında isə Amen Tompson lider seçilib. Bu yaşda Paolon Bankero və Brendon Miller də önə çıxanlar arasındadır. 24 yaşlılar kateqoriyasında "Detroyt Pistons"un oyun qurucusu Keyd Kanningem birinci olub, Alperen Şengün və Çet Holmgren də namizədlər sırasındadır. 25 yaşlılar arasında isə "Minnesota Timberwolves"un ulduzu Antoni Edvards liderdir. Luka Donçiç (27 yaş), Şey Qilces-Aleksandr (28 yaş), Donovan Mitçell (29 yaş), Ceylen Branson (30 yaş), Nikola Yokiç (31 yaş), Coel Embiid (32 yaş), Antoni Deyvis (33 yaş), Kayri İrving (34 yaş), Kavai Lenard (35 yaş), Drü Holidey (36 yaş), Kevin Dyurant (37 yaş), Stefen Karri (38 yaş), LeBron Ceyms (41 yaş) kimi ulduzlar da öz yaş qruplarında ən yaxşılar sırasında yer alıb. Reytinqdə oyunçuların yaşı siyahı tərtib olunan günə əsasən götürülüb.