NBA-nın tanınmış məşqçisi və sabiq ulduzu Ceyson Kidd 2011-ci il finalı ilə bağlı LeBron Ceymslə söhbətlərindən danışıb.
Offsideplus.az xəbər verir ki, Kidd bu mövzunu heç vaxt özü gündəmə gətirmədiyini bildirib. "Yox, mən heç vaxt bu barədə danışmıram. Adətən LeBron özü xatırladır və deyir ki, o vaxt bizə sadəcə bəxt gətirdi. Mən də onunla razılaşıram", – deyə Kidd vurğulayıb. Xatırladaq ki, 2011-ci il NBA finalında Kidd və Dirk Novitskinin liderlik etdiyi "Dallas Maveriks" LeBron Ceyms, Kris Boş və Dveyne Ueydin çıxış etdiyi "Mayami Hit"i məğlub edərək sensasiyaya imza atmışdı.


