İngiltərənin gənc yarımmüdafiəçisi İtan Nvaneri növbəti mövsümü Almaniyada keçirəcək.

Offsideplus.az xəbər verir ki, "Arsenal" 19 yaşlı futbolçunu "Borussiya Dortmund"a icarəyə verəcək. Almaniya klubu Nvanerinin maaşını tam şəkildə ödəyəcək.

Qeyd edək ki, Nvaneri ötən mövsümün ikinci yarısını "Marsel"də icarədə keçirib. O, Fransa Liqa 1-də 9 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.