"Qalatasaray" El Şaday Bitşiabunun transferini həyata keçirməyə çalışır.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında danışıqlar irəliləyib. İstanbul klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün "Leyptsiq"lə də təmasdadır.
Bu barədə insayder Florian Plattenberq məlumat yayıb.
Lakin keçid baş tutmaya da bilər. "Qalatasaray"ın namizəd siyahısında daha bir futbolçu var.
Yekun qərar çox tezliklə veriləcək. "Leyptsiq" tərəfi isə razılıq əldə olunacağına optimist yanaşır.


