Misli Premyer Liqasının 4-cü turunda keçiriləcək "Kəpəz" – "Şamaxı" qarşılaşmasının biletləri satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi azarkeşlərin böyük marağını nəzərə alaraq biletlərin qiymətində endirim edib.

Biletlərin yeni qiymətləri:

  • Qapıarxası sektorlar: 2 AZN (əvvəl 3 AZN)

  • E1, E8, W1, W2, W5, W6 sektorları: 3 AZN (əvvəl 5 AZN)

  • W3, W4 sektorları: 5 AZN (əvvəl 10 AZN)

Azarkeşlər biletləri bu gündən – sentyabrın 1-dən etibarən "iticket.az" saytından və Gəncə şəhər stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, sentyabrın 4-də Gəncə şəhər stadionunda tutacaq "Kəpəz" – "Şamaxı" matçı saat 20:15-də start götürəcək.