NBA çempionu Stiven Cekson Stefen Karrinin gələcəyi ilə bağlı maraqlı fikir irəli sürüb. O, ikiqat MVP-nin "San Antonio Spurs"a transferinin hər iki tərəf üçün faydalı ola biləcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, Cekson bu barədə belə danışıb: "Stef üçün mübadilə variantı? Məncə, ən yaxşı seçim 'San Antonio'dur! Onlarda De'Aaron Foks və onun böyük müqaviləsi var. Üstəlik, gənc oyunçulardan birini əlavə edə bilərlər. Bu il iki yaxşı dreft seçimi əldə ediblər. Aktivləri kifayət qədərdir. 'Spurs' dreftdə yaxşı işləyib. Onlarda Stef Karrini De'Aaron Foksa dəyişmək üçün lazım olan hər şey var. Belə bir mübadilə hər kəs üçün uğurlu qərar olardı".


