ABŞ milli komandasının baş məşqçisi Erik Spoelstra İtaliyanın Pesaro şəhərində keçirilən qarşılaşmada Serbiyanın İtaliya üzərində 76:64 hesablı qələbəsini izləyib. Hər iki komandanın heyətində "Mayami Hit"in oyunçuları – Simone Fontecchio və Nikola Yoviç çıxış edib. Spoelstra klubun oyunçularının milli komandada iştirakına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, məşqçi FIBA-nın rəsmi saytına açıqlamasında bu sözləri deyib: "Oyunçularımızın ölkələrini təmsil etməsi onların böyük həvəsidir. Mən də bunu görməkdən zövq alıram. Bundan əlavə, milli komandada fərqli rolda oynamaq və inkişaf etmək imkanı yaranır. Bu oyunlar pley-off səviyyəsindədir, intensivliyi çox yüksəkdir. Biz həmişə oyunçularımıza milli komandada çıxış etməyi tövsiyə edirik. Çünki bu, həm onların həvəsini artırır, həm də NBA mövsümünə ən yaxşı hazırlıqdır".

Qeyd edək ki, bu imkan yalnız oyunçular tam sağlam olduqda verilir. "Mayami Hit"in əsas ulduzu Yannis Antetokounmpo ötən mövsüm zədə səbəbindən cəmi 36 NBA oyununda iştirak edib və seçmə mərhələlərdə meydana çıxmayıb.