PSJ növbəti mövsüm heyətini gücləndirmək üçün yeni futbolçu axtarışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, Paris klubu "Portu"nun oyunçusu Rodriqo Moranı transfer etməyi planlaşdırır. Bu barədə idman jurnalisti Luis Koelyo "X" hesabında paylaşım edib.
Fransa nəhənginin futbolçu üçün qarşı tərəfə 45 milyon avro ödəməyə hazır olduğu qeyd olunub.
Xatırladaq ki, 17 yaşlı yarımmüdafiəçi "Portu" futbol akademiyasının yetirməsidir.