PSJ gənc futbolçusu Bredli Barkolya ilə müqavilə uzatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu isə qərar vermək üçün tələsmir. O, cari mövsümün sonuna qədər gözləmək istəyir.
Bu barədə "L'Equipe" nəşri məlumat verib.
Barkolya cari mövsümdə komandanın Dembeledən sonra ən məhsuldar oyunçusudur. O, 47 oyunda 18 qol vurub və 16 məhsuldar ötürmə edib.