Niderlandın "Utrext" klubu "Beşiktaş"ın futbolçusu Semih Kılıçsoyu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, onlar 19 yaşlı hücumçunu satınalma şərti ilə birlikdə icarəyə götürməyi düşünür. Satınalma məbləği isə 10 milyon avro olacaq.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
S. Kılıçsoy üçün başa çatan mövsüm o qədər də uğurlu alınmayıb. O, 46 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.