Niderlandın "Ayaks" klubu hücum xəttini gücləndirmək üçün "Sanderlend"in futbolçusu Simon Adinqranı heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, Amsterdam təmsilçisi cinah oyunçusunu mövsümün sonuna qədər icarəyə götürüb.
-
Transfer detalları: "Ayaks" bu mövsümlük icarə müqaviləsi üçün "Sanderlend"ə 3 milyon avro ödəyəcək.
-
Satın alma opsiyası: Razılaşmada eyni zamanda futbolçunun xidmətini tamamilə heyətə qatmaq üçün 16 milyon avro dəyərində satın alma maddəsi də yer alır.


