Niderland Erediviziyasında son 2 tur gərgin mübarizə şəraitində keçəcək.
Offsideplus.az xəbər verir ki, buna səbəb lider "Ayaks"ın son 3 turda cəmi 1 xal toplamağıdır. Onlar dünən evində "Neymegen"ə 0:3 hesabı ilə məğlub olub.
PSV isə 90+9-cu dəqiqədə vurduğu qolla 0:2 hesabı ilə geri düşdüyü "Feyenoord"u məğlub edib - 3:2.
"Ayaks" 3 tur öncə 9 xal fərq ilə lider idi. Hazırda isə komandalar arasında 1 xal fərq var.
PSV növbəti turda "Herakl"ı qəbul edəcək. Françesko Fariolinin yetirmələri isə "Qroningen"in qonağı olacaq.



