"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən biri olan "Ayaks"ın heyətində ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, Hollandiya təmsilçisinin yarımmüdafiəçisi Steven Berqyoys sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Françesko Farioli məlumat verib.

Mütəxəssis oyunçunun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, "Qarabağ" "Ayaks"la oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq.