"Eyndhoven" Niderland I Liqasında növbəti oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə "Alkmaar"ın əvəzediciləri ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb - 1:1.

Millimizin üzvü Ozan Can Kökçü bu görüşdə start heyətində meydana çıxıb. Yarımmüdafiəçi sona qədər oynayıb. O, 65-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.

"Eyndhoven" 28 turdan sonra 34 xalla 14-cü sırada qərarlaşıb. "Alkmaar"ın əvəzediciləri isə 40 xalla 8-ci pillədədir.