Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyununda "Ayaks" doğma meydanda Norveçin "Bodo-Qlimt" klubu ilə 2:2 hesabı ilə heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, Amsterdam təmsilçisi Avropa turnirlərində ardıcıl 10-cu matçda qapısında qol gördü və bununla da öz antirekordunu təkrarladı.

Qeyd edək ki, bu, ilk dəfə 2019-cu ilin dekabrından 2021-ci ilin fevralına qədər baş vermişdi.