Bu yaxınlarda "Ayaks"ın sıralarına qoşulan ingilis yarımmüdafiəçi Cordan Henderson Amsterdam təmsilçisinin 17 yaşlı müdafiəçisi Correll Hatonun bacarığını yüksək qiymətləndirib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı ingilis hollandiyalının yaşına görə oyunu başa düşməkdə çox yetkin olduğunu da qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta, Hatonun transferində maraqlıdır.