Niderland birinci divizionunda 25-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “NAK Breda” ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 2:2.

Millimizin üzvü Ozan Can Kökçü də bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb.

“Eyndhoven” hazırda 32 xalla 13-cü pillədə qərarlaşıb.