Niderland kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

"Offsideplus.az" xəbər verir ki, “Eyndhoven” bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Sittard”la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə Ozan Can Kökçünün komandası kubokla vidalaşıb.

Qeyd edək ki, millimizin üzvü bu görüşdə 90 dəqiqə meydanda olub.