Argentina millisininin kapitanı Lionel Messinin paylaşımı “İnstaqram”da idmançılar arasında ən populyar paylaşım olub.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçunun Dünya Kuboku ilə olan şəkli 24 saat tamam olmadan 42 milyon izləyici tərəfindən bəyənilib.
Müqayisə üçün qeyd edək ki, sözügedən paylaşım Kriştiano Ronaldonun Messi ilə şahmat taxtasında yer aldığı foto ilə bağlı etdiyi paylaşımını geridə qoyaraq bir idmançının ən çox bəyənilən sosyal medya paylaşımı olub.