Sabah Avropa Liqasının 1/4 final mərhələsində "Lion" klubu "Mançester Yunayted"i qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Fransa təmsilçisinin futbolçusu Nemanya Matiç "qırmızı şeytanlar"ın qapıçısı Andre Onananın sözlərinə fikir bildirib:


"Onana dedi ki, onlar bizdən qat-qat üstündür? "Mançester Yunayted" tarixinin ən pis qapıçılarından biri olanda, nə haqqında danışdığına fikir verməlisən".

Əgər bunu Van der Sar, Şmeyxel və ya de Xea desəydi, razı olardım. Amma Onana, o, ən pislərdən biridir".