"Real" klubunda Karlo Ançelotti dövrü sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, "kral klubu" cari mövsümün sonunda italiyalı mütəxəssislə yolları ayıracaq. Bu barədə "Relevo" portalı məlumat yayıb.
Əgər böyük kuboklar qazanılmasa, bu qərar dəyişməyəcək. Onu əvəzetməyə əsas namizəd isə Xabi Alonsodur.
Ançelotti "Real"da 2-ci dönəmini yaşayır. O, 2021-ci ildən bəri bu postu tutur.