"Mançester Siti" klubu mövsümün sonunda komandadan ayrılacaq olan Kevin De Bruynenin yerinə arayışlara başlayıb.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" belçikalının boşluğunu "Nottingem Forest"in futbolçusu Morqan Qibbs-Vaytla doldurmaq istəyir.

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Qibbs-Vayt 2022-ci ildən "Nottingem Forest"də çıxış edir. O, cari mövsüm Premyer Liqada 27 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə onun dəyəri 50 milyon avrodur.