2025-ci ildə ABŞ-da keçiriləcək FIFA Klublararası Dünya Kuboku bir sıra yeniliklərlə yadda qalacaq.

Offsideplus.az xəbər verir ki, turnirdə həm qapıçılar, həm də hakimlərlə bağlı yeni qaydalar tətbiq olunacaq. Bu dəyişikliklər 14 iyun – 13 iyul tarixlərində baş tutacaq yarışda ilk dəfə gerçəkləşəcək.

Turnirdəki hakimlər də texnoloji yeniliklərlə çıxış edəcəklər – onlar matçlar zamanı bədən kamerası taxacaqlar. Bu kameralar vasitəsilə azarkeşlər birbaşa olaraq hakimin baxış bucağından oyunları izləmək imkanı əldə edəcəklər.

Digər tərəfdən, qapıçıların vaxt uzatmasının qarşısını almaq üçün konkret limit müəyyən edilib. Belə ki, bir qapıçı topu əlində maksimum 8 saniyə saxlaya bilər. Bu müddəti keçərsə, rəqib komandaya künc zərbəsi (korner) veriləcək.

 FIFA Hakimlər Komitəsinin sədri Pierluigi Collina mövzu ilə bağlı açıqlama verərək bildirib:

"Hakimin nə gördüyünü izləyə bilmək tamaşaçılar üçün yeni bir təcrübə olacaq. Bu, izləyicilər üçün maraqlı və fərqli bir fürsətdir".