“Çoxlu təlim-məşq toplanışı keçmişdik. Yaxşı formada idim".
Offsideplus.az xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov deyib.
57 kq çəki dərəcəsində mübariə aparan idmançımız Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında qitə birinciliyindəki çıxışını qiymətləndirib: "Yarımfinalda bəlkə də özümə bir qədər inanmadığım üçün məğlub oldum. Bürünc medal görüş isə gözlədiyimdən daha çətin keçdi. Əlbəttə, çempion olmaq istəyirdim. Öz üzərimdə daha çox işləməliyəm. Bundan sonra bir qədər istirahət edəcəyik. Daha sonra digər turnirlər və dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışlarına başlayacağıq. Məşqçilərimizə və bizə hər cür şərait yaradan federasiyamıza təşəkkür edirəm”.
Qeyd edək ki, Avropa çempionatında yığmamız hələlik 3 bürünc medal qazanıb.