İngiltərə Premyer Liqasını növbəti mövsüm Çempionlar Liqasında 5 komanda təmsil edəcək.

Offsideplus.az xəbər verir ki, dünənki nəticələrdən sonra bu dəqiqləşib. Bu barədə "ESPN" portalı məlumat yayıb.

Hazırda Premyer Liqada ilk 5 yeri "Liverpul", "Arsenal", "Nottingem Forets", "Çelsi" və "Nyukasl" tutur.

"Mançester Siti" ilk beşdən cəmi bir xal geridə 6-cı yerdədir.

Xatırladaq ki, cari mövsümdə İngiltərədən 4 klub ("Liverpul", "Arsenal", "Çelsi" və "Aston Villa") ÇL-da çıxış edirdi.