Braziliya milli komandasını çalışdırmağa əsas namizəd Jorje Jesusdur.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin hazırda çalışdırdığı "Əl-Hilal"la sözləşməsində 2.5 milyon avroluq təzminat məbləği var. Braziliya Futbol Konfederasiyası bunu ödəməyə hazırdır.
Bu barədə "UOL Esporte" portalı məlumat verib.
Daha öncə bir çox klubu çalışdıran J. Jesus heç vaxt yığmada işləməyib. 70 yaşlı mütəxəssis üçün bu, ilk ola bilər.