Bundesliqa klubu "Leyptsiq" ilk transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, "Red Bull" komandası Ezekil Banzuzini transfer edib. Niderlandlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi yayım orqanları məlumat yayıb.

Banzuzi 2023-ci ildən "Lyöven"in formasını geyinirdi. O, hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edir.