21 ABŞ və 18 Meksika klubunun çıxış etdiyi Liqa Kubokunun yarımfinal mərhələsində "Filadelfiya Yunion"a qalib gələn "İnter Mayami" finala yüksəlib. 

Offsideplus.az xəbər verir ki, 4:1 hesabla yekunlaşan matçda Leo Messi də fərqlənib. "İnter Mayami" finalda MLS-də çıxış edən digər klub "Neşvill"ə rəqib olub.

Final matçı avqustun 20-si Bakı vaxtı ilə saat 05:00-da baş tutacaq.