Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu bu mövsüm "Mançester Siti" ilə 3 kubok qazanan Riyad Mahrezə təklif ünvanlayıb.

Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, "Əl-Əhli" rəhbərliyi əlcəzairli futbolçuya illik təqribən 50 milyon funt sterlinq dəyərində müqavilə təklif edib. Müqavilənin müddəti 2+1 formatındadır.

Qeyd edək ki, Riyad Mahrezin "Mançester Siti" ilə müqaviləsi 2025-ci ildə bitir. Mahrez transfer barədə yekun qərarını verməyib və təklifi rədd etməyib.