FIFA Braziliya yığması və Madrid "Real"ının üzvü Vinisius Junioru futboldan uzaqlaşdıra bilər.

Offsideplus.az xəbər verir ki, bununla bağlı İspaniyanın "Marca" nəşri məlumat yayıb. 

24 yaşlı hücumçu bir neçə futbol klubuna malik olduğuna görə, "maraqların toqquşması"nda şübhəli sayılır.

FIFA Vinisiusun günahını sübuta yetirərsə, dünya ulduzu 2 il müddətinə diskvalifikasiyaya məruz qala bilər.

Qeyd edək ki, braziliyalı futbolçusu axırıncı dəfə Portuqaliyanın aşağı divizionunda mübarizə aparan "Alverka" klubunun səhmlərini almağa cəhd göstərib.